19 
Fev
2020
12:31
46
70
4357
Virtual karabakh

Kral ailəsi üzvlərinin qollarını bəzəyən lüks və bahalı saatlar - FOTO

19 Fev, 2020
12:31
4357

Kral ailəsi üzvlərinin qollarını bəzəyən lüks və bahalı saatlar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kral ailəsinin üzvləri həm gündəlik həyatlarında, həm də özəl gecələrdə tək dəbdəbəli geyimləri ilə deyil, eləcə də lüks aksesuarları ilə də diqqət çəkirlər. Xüsusi ilə bir-birindən bahalı saatları ilə.

Oxu.Az kral ailəsi üzvlərinin qollarını bəzəyən saatların markası və qiymətini təqdim edir:

Keyt Midlton - “Cartier Ballon Bleu” - 8 214 dollar

Britaniya şahzadəsi Uilyamın xanımının ən sevimli saatı – 33 mm poladdan olan “Cartier Ballon Bleu”. Keyt bu saatla ictimaiyyətdə görünməyi çox sevir. Onun bu sevgisi təsadüfi deyil. Çünki saat toylarının üçüncü ildönümündə həyat yoldaşı şahzadə Uilyamın hədiyyəsidir.

Meqan Markl - “Cartier Tank Française” - 3300 dollar

İngilis kral ailəsinin bir hissəsi olan Meqan Markl saat taxmaqdan imtina edib. Amma bu ana qədər saat onun ən sevdiyi aksesuarı olub. Meqan krallara layıq bir modelə üstünlük verib. Fakt budur ki, şahzadə Diana “Cartier Tank” modelini çox sevirdi.

Meqanın sözlərinə görə, o bu saatı “Fors Major” serialının ikinci mövsümünün çəkilişləri zamanı alıb. Markl 2015-ci ildə “Hello” dərgisinə verdiyi müsahibədə bir qız övladı dünyaya gətirib, həmin saatı ona miras qoyacağını söyləyib.

Şahzadə Uillyam - “Omega Seamaster 300M” - 2050 dollar

Şayiələrə görə, bu saat şahzadə Uilyama anası Şahzadə Diana tərəfindən hədiyyə edilib. Kembric şahzadəsi 2011-ci ildə toyunda da qoluna həmin saatı taxıb. Bu saatın üstü cızıqlanmayan davamlı sapfir kristal ilə örtülüb, qolbağı isə paslanmayan poladdan hazırlanıb.

Şahzadə Harri - “Breitling Aerospace Avantage” - 3300 dollar, “Rolex Explorer II” - 7,750 dollar

Şahzadə Diananın kiçik oğlu Şahzadə Harri ictimaiyyətdə daha çox bəhs etdiyimiz iki fərqli saat modeli ilə görünüb. Əfqanıstanda xidmət edərkən Harrinin “Rolex Explorer II” saatı var idi. Qeyd etmək lazımdır ki, bu model yalnız ekstremal şərtlərə uyğun, yüksək və aşağı temperatur hədlərinə davamlıdır.

Mülki həyata qayıtdıqdan sonra Harri “Breitling Aerospace Avantage” model saatı ilə daha tez-tez görünməyə başladı. Saatın ekran işığı gecə görmə sistemləri ilə uyğundur. Yeri gəlmişkən, bu saatla Harri qardaşı Uilyam və Keyt Midltonun toyunda iştirak edib.

Şahzadə Çarlz - “Parmigiani Fleurier Toric” - 12 500 dollar

Bir çox ingilis aristokratları İsveçrə lüksünün klassikasını seçdiyi bir vaxtda, Şahzadə Çarlz geniş ictimaiyyətə az tanınan “Parmigiani Fleurier Toric” saat markasını seçib. Bu brend 1996-ci ildə yaransa da, illər ərzində marka beynəlxalq səviyyədə özünü kifayət qədər tanıda bilib. Məsələn, 2006-cı ildə sözügedən markaya aid olan “Bugatti 370” saatı Yaponiyada “İlin Saatı” mükafatına layiq görülüb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri