19 
Fev
2020
17:07
86
339
24267
Virtual karabakh

Azərbaycanlı model intim səhnələrin yer aldığı ABŞ serialında - VİDEO

19 Fev, 2020
17:07
24267

Azərbaycanlı model intim səhnələrin yer aldığı ABŞ serialında - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikada yaşayan “Ruslana Gee” ləqəbi ilə tanınan azərbaycanlı model, “fashion” bloqer Ruslana Cavadova ingilis dilində yaxşı danışa bilməməsinə və aktyorluq təcrübəsinin olmamasına rəğmən, “Eyforiya” serialının kastinqlərində iştirak edib.

Oxu.Az xəbər verir ki, model narkotik asılılığı olan striptiz işçisi rolunu canlandırmaq üçün Amerikanın “Eyforiya” serialının kastinqlərinə qatılıb.

Bu barədə Ruslana şəxsi “Youtube” kanalında video paylaşıb.

“Tələffüzümün yaxşı olmamasına görə, şansım olmadığını bilirdim. Təcrübəm də yoxdur. Bu rolun öhdəsindən gəlmək üçün amerikalı qız axtarırdılar. Suallara cavab verdim. Amma zəng vurub çağırmadılar. Yəqin ki, həmin rola uyğun görülmədim. Bəlkə də çağıracaqlar. İkinci mövsümün çəkilişləri mart ayında başlayacaq” - deyə, R.Cavadova bildirib.

“Eyforiya” serialında zorakılıq və intim səhnələr var.

Qeyd edək ki, cazibədar model Ruslana Bakıda anadan olub. Hələ məktəb illəri zamanında o, moda və gözəllik sahələrinə maraq göstərib.

2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda məşhur moda jurnalı tərəfindən keçirilən illik “L'Officiel” mükafatlarında iki kateqoriyaya - "Ən yaxşı Model" və "Ən yaxşı Moda Bloger" mükafatlarına layiq görülüb.

Cavadova həm də zərgərlik dizayner işi ilə məşğul olur. İstanbulda oxuyan Ruslana daha sonra təhsilini Los-Ancelesdə davam etdirmək üçün okeanın o tayına köçüb.

Hazırda Ruslana Amerikada yaşayır və bloqerlik fəaliyyətini davam etdirir.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri