20 
Fev
2020
01:11
31
90
9704
Virtual karabakh

Billi Ayliş etirafı ilə təəccübləndirdi: Vəziyyət indi əvvəlkindən də pisdir - VİDEO

20 Fev, 2020
01:11
9704

Billi Ayliş etirafı ilə təəccübləndirdi: Vəziyyət indi əvvəlkindən də pisdir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı müğənni Billi Ayliş “Brit Awards” mükafatının təqdimetmə mərasimində göz yaşlarını saxlaya bilməyib.

Bu barədə Lenta.ru xəbər yayıb.

Məlumata görə, müğənni son zamanlar tez-tez kimlərinsə nifrət obyekti olduğunu bildirib. O, artıq “İnstagram” səhifəsinə də baxmadığını etiraf edib:

“Bu, mənim həyatımı məhv edib. Şərhləri oxumağı dayandırmışam. Vəziyyət indi əvvəlkindən də pisdir. Bu, qəribədir. Nə qədər yüksəlirsən, bir o qədər də insan səndən nifrət edir. Bu, ağılsızdlıqdır”.

“No Time To Die” filminə yazdığı bəstəsini təqdim edən Billi Ayliş sözlərinə belə davam edib:

“İndi isə səhnəyə çıxanda və sizlərin mənə gülümsədiyinizi görəndə ağlamaq istədim. Elə bu dəqiqə hönkürmək istəyirəm”. 

Qeyd edək ki, artist “Ən yaxşı beynəlxalq solo ifaçısı” nominasiyasında qalib olub.

O, bu mükafata layiq görülən ən gənc müğənnidir.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri