20 
Fev
2020
09:47
15
80
3131
Virtual karabakh

Madonna birinciliyini rəqqası ilə öpüşərək qeyd etdi - FOTO/VİDEO

20 Fev, 2020
09:47
3131

Madonna birinciliyini rəqqası ilə öpüşərək qeyd etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

61 yaşlı dünya şöhrətli pop ulduz Madonna “Billboard Dance Club Songs” cədvəlinin ilk pilləsində yer alıb.

Oxu.Az xəbər verir ki, Londonda olan müğənni dostlarını və sevgilisi başına yığaraq, bu hadisəni təmtəraqla qeyd edib.

Sənətçi dəbdəbəli gecədən lentə alınan görüntüləri sosial media səhifəsində paylaşıb. Dostları ilə əylənən Madonna 25 yaşlı rəqqas Ahlamalik Uilyamsla “party”də bir araya gələrək, birincilik şərəfinə onunla birlikdə tort da kəsib.

Yayılan xəbərlərə əsasən, Madonna Ahlamaliklə eşq yaşayır. Pop ulduz şəxsi həyatındakı dəyişikliklərlə bağlı açıqlama verməyə tələsmir. Lakin sənətçinin rəfiqəsi, aktrisa Debi Meyzar Madonna və Uilyamsı cütlük adlandırıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri