20 
Fev
2020
11:02
141
79
6975
Virtual karabakh

Milyonçunun müğənni arvadı Brilliant Dadaşovanın fanatıdır - VİDEO

20 Fev, 2020
11:02
6975

Milyonçunun müğənni arvadı Brilliant Dadaşovanın fanatıdır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı müğənni Alsu Abramova teleaparıcı Kseniya Sobçakın “Youtube”da yayımlanan qalmaqallı layihəsinin qonağı olub.

Oxu.Az xəbər verir ki, sənətçi sözügedən proqramda şəxsi həyatı və sənəti haqqında müzakirələrə səbəb olacaq açıqlamalar verib.

Alsu Azərbaycan musiqisini bəyəndiyini və Xalq artisti Brilliant Dadaşovanın özünün və səsinin vurğunu olduğunu dilə gətirib.

Kseniya çəkiliş zamanı B.Dadaşovanın “Bayatılar” mahnısını səsləndirib. Alsu isə mahnının sədaları altında rəqs edib. 

Qeyd edək ki, əslən tatar olan Alsu 2006-ci ildə məşhur iş adamı Yan Rafaeleviç Abramovla evlənib. Bakıda dünyaya göz açan Yan əslən dağ yəhudisidir. Cütlüyün bu nikahdan 14 yaşlı Safina, 12 yaşlı Mikela və 4 yaşlı Rafael adlı övladları var.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri