21 
Fev
2020
11:22
69
57
6855
Virtual karabakh

Ukraynalı teleaparıcının Maldiv sərgüzəştləri - FOTO

21 Fev, 2020
11:22
6855

Ukraynalı teleaparıcının Maldiv sərgüzəştləri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın ən məşhur “Orel i Reşka” telelayihəsinin sevilən aparıcısı Regina Todorenko istirahət etmək üçün Maldiv adalarına gedib.

 Oxu.Az xəbər verir ki, 29 yaşlı aparıcı adada rəfiqələri və oğlu Mixail ilə birlikdə dincəlir.

Dəniz sahilində dərisini qaraldan Regina həm oğluna, həm də yoqaya zaman ayırır.

 
İdeal və fit bədən quruluşu əks cinsin nümayəndələrinin diqqətini çəkən Todorenko çimərlik geyimində kamera önünə keçərək cazibədar pozlar verib.

Aparıcının “Instagram” hesabında yaydığı şəkillərinə yüzlərlə bəyənmə gəlib və müsbət şərhlər yazılıb.

Qeyd edək ki, aparıcı R.Todorenko ötən ilin iyul ayında 34 yaşlı məşhur müğənni Vlad Topalovla İtaliyada dəbdəbəli məkanların birində ailə həyatı qurub. Cütlüyün bu nikahdan bir oğlu var.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri