21 
Fev
2020
11:45
10
68
1404
Virtual karabakh

“CinemaPlus”da “Doktor Dulittlin heyrətamiz səyahəti” - FOTO/VİDEO

“28 Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus Premium-klass” kinoteatrında “Doktor Dulittlin heyrətamiz səyahəti” macəra filminin premyeradan öncə nümayişi baş tutub.

Tədbir zamanı cəngəllik mühiti bütün kinoteatrı bürüyüb. Heyvanlar və bitkilər cəngəlliyin vəhşi ruhunu təcəssüm etdiriblər. Gecədə diqqət çəkən digər məqam isə qonaqların zövq aldığı quşlarla şou proqram olub.

Filmin rejissoru Stiven Geyqandır. Filmdə Robert Dauni Jr., Tom Holland, Emma Tompson, Rami Malek, Maykl Şin, Reyf Fayns, Selena Qomes, Marion Cotilyar, Antonio Banderas, Cessi Bakli və başqaları çəkilib.

Viktoria İngiltərəsində yaşayan məşhur baytar həkim Dulittl yeddi il öncə həyat yoldaşını itirib.

Hazırda isə evinin yüksək divarlarının arxasında gizlənərək, monoton həyat tərzi keçirir. Onun yeganə dostları kolleksiyasında olan ekzotik heyvanlardır. Ancaq naməlum xəstəlik gənc kraliçanın həyatına təhlükə yaratdığı zaman həkim Dulittl evini tərk etmək və əfsanəvi adaya ağlasığmaz səyahət etmək məcburiyyətində qalır.

Tədbirin təşkilinə “Light in Black” kreativ şirkəti, “Aya Rzali” və “Strafor Kəsim” dekorasiya şirkəti, Vüqar Cabbarlıdan “Ekzotik_show”, “Kolorit” kafesi, “Abşeron Sharab”, “Şeh Su” və “Red Bull” kömək göstəriblər.

 “CinemaPlus” hər zaman sizi kino tarixinin ən yaxşı premyeraları ilə sevindirməyə və xoş sürprizlər etməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri