22 
Fev
2020
11:51
23
234
6723
Virtual karabakh

Məşhur müğənni boşandığı homoseksual əri ilə yenidən barışdı - FOTO

22 Fev, 2020
11:51
6723

Məşhur müğənni boşandığı homoseksual əri ilə yenidən barışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur müğənnisi Zerrin Özer dələduzluqda günahlandırılan əri Murat Akıncı ilə ötən həftə boşanıb. 

Oxu.Az xəbər verir ki, xəstəliyi ilə bağlı problemlərini geridə qoyan sənətçi Akıncı ilə yenidən barışıb. 

O, başqalarının haqqında nə dediklərinə əhəmiyyət vermədiyini söyləyib. 

Qeyd edək ki, ötən il iyunun 16-da 61 yaşlı Z.Özer özündən 26 yaş kiçik sevgilisi ilə nikah masasına oturub. Növbəti gün “Kanal D”də yayımlanan “İkinci sayfa” verilişinə zəng edən Seda adlı qadın 34 yaşlı Muratın Zerrinlə birlikdə üç qadını da aldatdığını və dələduzluq yolu ilə külli miqdarda pul mənimsədiyini söyləyərək, Zerrinin ərini biabır edib.

Bundan əlavə, M.Akıncının tanınmış homoseksuallarla münasibətdə olması barədə faktlar da üzə çıxıb.

Belə ki, onun bir müddət öncə sosial şəbəkədə məşhurlaşan DJ Hakan Kakızla eşq yaşadığı məlum olub.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri