24 
Fev
2020
15:27
237
45
5892
Virtual karabakh

Əməkdar artist canlı efirdə hiddətləndi: “Bu sənətə nifrət edirəm” - VİDEO

24 Fev, 2020
15:27
5892

Əməkdar artist canlı efirdə hiddətləndi: “Bu sənətə nifrət edirəm” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Televiziyalar elə müğənniləri başımıza çıxarırlar ki, artıq bu sənətə nifrət edirəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” səhər şousunda Əməkdar artist Elnarə Abdullayeva deyib.

Xanəndə narazılığını belə ifadə edib: 

“Ağzını açıb oxuya bilməyəni mənim kimi bir sənətçi ilə birlikdə verilişə çağırırlar. Elə bunlara görə, sənətə nifrət edirəm. Xalq onları istəmir.

Onlar xalqın adından istifadə edirlər. Sənəti olan, gözəl səsə malik ifaçılarımız var ki, onlar əməkdar və xalq artistlərindən də yaxşı oxuyurlar. Hər şey gördüyünüz və bildiyiniz kimi deyil. Səsi olan elə istedadlı ifaçılar var ki, onlar pulu olmadığı üçün efirə çıxa bilmirlər.

Səsi olmayanlar isə üç-beş manat tapıb verilişlərə çıxırlar. Tamaşaçılar elə düşünməsinlər ki, müğənnilər yalnız efirə çıxanlardan ibarətdir. Kənarda o qədər istedadlılar var ki...”

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri