24 
Fev
2020
14:48
287
32
8058
Virtual karabakh

Keçmiş “Dəyirman”çı ABŞ-da məşhur şirkətə işə düzəlib - FOTO

2017-ci ilin mayında “Green Card” udub, bir il sonra isə ailəsi ilə birgə Amerikaya köçən “Dəyirman” qrupunun keçmiş üzvü, “L-Mir” ləqəbi ilə tanınan repçi Elmir Məhərrəmov media şirkətinə işə düzəlib.

Oxu.Az xəbər verir ki, “Mass Appeal” adlı məşhur media şirkətində çalışan Elmir bu barədə şosial media hesabında məlumat verib.

“3 aydır Amerikanın böyük şirkətlərindən birində çalışıram. Artıq bir vəzifə dəyişmişəm. Ötən gün şirkətin ən yaxşı işçisi sertifikatı ilə təltif olunmuşam. Bu özümə tərif deyil, başqaları üçün motivasiya fikridir. Nyu-Yorkda heç kim məni tanımır və burada arxam yoxdur. Özünüzə inanın və Allaha güvənin! Qarşınıza məqsəd qoyun və hər gün bu məqsədə doğru kiçik bir addımlar atın. Hər şey mütləq alınacaq! Ürəyinizi buz kimi saxlayın!”, - deyə keçmiş repçi yazıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

3 aydır ki, Amerikanın böyük şirkətlərin birində çalışıram. Artıq 1 vəzifə dəyişmişəm və dünən şirkətin ən yaxşı işçisi sertifikatı ilə təltif olunmuşam. Bu özümə tərif deyil başqaları üçün motivasiya postudur. Məni Nyu Yorkda heç kim tanımır və burda daydayım yoxdur. Özünüzə inanın və Allaha güvənin! Qabağınıza məqsəd qoyun və hər gün bu məqsədə doğru kiçik bir addımlar atın. Hər şey mütləq alınacaq! Variantı yoxdur. Ürəyini buz kimi saxla! #bacararsan #bestofthebest #даэда #грамота #грамотей #мытутбирбаладжа #əlimdədokument #amerka #connectedlife

Публикация от L-Mir (Dayirman) (@lmirofficial)

Qeyd edək ki, E.Məhərrəmov ailələdir və iki övladı var.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri