24 
Fev
2020
16:36
179
125
4561
Virtual karabakh

Daha dörd türkiyəli pop ulduz “Jara-2020”də - FOTO

24 Fev, 2020
16:36
4561

Daha dörd türkiyəli pop ulduz “Jara-2020”də - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun sonu Bakıda keçiriləcək “Jara-2020” beynəlxalq musiqi festivalında Türkiyənin daha 5 məşhur pop ulduzu iştirak edəcək.

Oxu.Az xəbər verir ki, “Jara”nın sosial media hesabında Mustafa Ceceli, Sərdar Ortaç, Rafet El Roman və Mustafa Sandalın da festivalda çıxış edəcəkləri ilə bağlı məlumat paylaşılıb.

Qeyd edək ki, onlarla yanaşı səhnəyə həmçinin, 2010-cu ildə keçirilən “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “We cold be the same” mahnısı ilə Türkiyəyə ikincilik gətirən “Manga” qrupu da çıxacaq.

Avqustun 1-də “Beynəlxalq gün” adlı gecədə türk sənətçiləri dillərdə əzbər olan hitlərlə çıxış edəcəklər.

Həmin gün səhnədə italiyalı müğənni İngrid Alberini, rumıniyalı pop qrupu “Morandi”, alman musiqiçi David Lubeqa da tamaşaçılara ifaları ilə musiqi ziyafəti verəcəklər.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Врываемся в этот четверг со списком артистов на 1 августа — International Day 🥳 ⠀ Напоминаем, что список ещё будет пополняться, а в программе возможны изменения. Следите за нашими анонсами, чтобы ничего не пропустить 💙 ⠀ Билеты в продаже в централизованных кассах города Баку, а также на сайте www.iticket.az 🙌🏼 ⠀ #zhara #zharafest #жаравбаку #жарафест #жара #жарафестиваль #фестивальжара #seabreezebaku #baku #azerbaijan #баку #азербайджан

Публикация от «ЖАРА» 2020 (@zharafest)

Qeyd edək ki, “Jara” beynəlxaq musiqi festivalı 29 iyul - 2 avqust tarixlərində Bakıda keçiriləcək. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri