24 
Fev
2020
17:53
292
30
15196
Virtual karabakh

“CinemaPlus”da Xocalı faciəsinə həsr olunmuş filmin pulsuz nümayişi keçiriləcək

24 Fev, 2020
17:53
15196

“CinemaPlus”da Xocalı faciəsinə həsr olunmuş filmin pulsuz nümayişi keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevral ayın 26-da Xocalı faciəsi ilə əlaqədar “CinemaPlus” kinoteatrlar şəbəkəsində rejissoru Vahid Mustafayev olan “Xoca” filminin pulsuz nümayişləri keçiriləcək. 

Filmdə Qarabağ müharibəsi dövründə iki sevgilinin faciəvi taleyindən danışılır. “Xoca” filmi Xocalı faciəsini bütünlüklə əks etdirən ilk tammetrajlı film hesab olunur.  

Baş rollarda İlqar Musayev, Nigar Bahadurqızı, Elmira Yaqubova, Mina Sovetskaya, Azər Aydəmir, həmçinin, Azərbaycanın Əməkdar artisti Telman Əliyev və Azərbaycanın Xalq artisti Nəcibə Hüseynova çəkiliblər.   

Film haqqında: İki gənc - Ələkbər və Günel evlənmək qərarı verirlər və  ərizə verib nikah növbəsinə dayanırlar. Toy gününü 1992-ci il 25 fevral tarixinə salırlar, lakin tezliklə kəşfiyyat zabiti Ələkbəri artıq müharibə gedən Qarabağa, Xocalı şəhərinə çağırırlar. 

Toy ərəfəsində, Bakıya qayıtmağı hazırlaşarkən məlum olur ki, şəhər ermənilər tərəfindən mühasirəyə alınıb. O, seçim etməlidir: onu nişanlısı Günelin gözlədiyi Bakıya qayıtmaq və ya yoldaşları ilə şəhərdə qalıb döyüşə hazırlaşmaq...  

Digər cütlük – Ələkbərin döyüş dostu Yura Çyornıy (prototip – Azərbaycanın Milli qəhrəmanı Yuriy Kovalev) və sadə teleqrafçı Mehribandır. Əvvəl onlar bir-birinə soyuq münasibət göstərir, lakin doğma vətəni qorumaq vaxtı çatanda onlar arasında bir-birinə qarşı hissləri yaranır.

Xocalının bombardman olunmasından sonra Mehriban baba və nənəsini itirir, bundan sonra o, silahla öz doğma şəhərinin müdafiəsinə qalxır. 

Əlavə olaraq, 26 fevralda “CinemaPlus” kinoteatrlar şəbəkəsi komediya filmlərini repertuarından çıxaracaq.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri