25 
Fev
2020
11:06
25
170
9331
Virtual karabakh

Ronaldunun uşaqları ilə caqquziyə çılpaq girməsi qalmaqala səbəb oldu - FOTO

25 Fev, 2020
11:06
9331

Ronaldunun uşaqları ilə caqquziyə çılpaq girməsi qalmaqala səbəb oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Yuventus” komandasının hücumçusu, dünya şöhrətli portuqaliyalı futbolçu Kriştianu Ronaldunun sosial mediada paylaşımı başına bəla olub.

Oxu.Az xəbər verir ki, ulduz futbolçu iki qız, iki oğlan övladı ilə birgə caqquziyə çılpaq halda girib.

Uşaqlarını başına toplayan Ronaldu onlarla birlikdə foto çəkdirərək, bu görüntünü sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Amma onun və uşaqlarının caqquzidəki çılpaq paylaşımı izləyiciləri qəzəbləndirib. Onlar Kriştianunun bu hərəkətinin yolverilməz və qeyri-etik olduğunu yazaraq, onu tənqid atəşinə tutublar.

Bir çox izləyicilər “Yuventus”un hücumçusuna “Ümüd edirik ki, caqquziyə alt geyimsiz girməmisiniz”, “Belə şəkillər paylaşmaq doğru deyil” - yazaraq, hətta Kriştianunu cinsi azlıq adlandırıblar.

K.Ronaldu yazılan şərhlərə cavab verməyib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Funny moment with my babies 😀❤️

Публикация от Cristiano Ronaldo (@cristiano)

Qeyd edək ki, dünya şöhrətli 34 yaşlı portuqaliyalı futbolçu K.Ronaldu Corcina Rodrigez ilə sevgilidir. Cütlüyün doqquz yaşlı Kriştianu Jr., iki yaşlı Eva və Mateo və iki yaşlı Alana adlı övladları var.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri