25 
Fev
2020
16:54
25
50
1085
Virtual karabakh

“CinemaPlus” kinoteatrında “Bayi toplantısı” komediyasının premyeradan öncə nümayişi keçirildi

“28 Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium-klass kinoteatrında “Yol Arkadaşım” filminin yaradıcılarından olan “Bayi toplantısı” türk komediyasının premyeradan öncə nümayişi baş tutub.

Rejissor Bedran Güzeldir. Baş rollarda İbrahim Büyükak, Onur Buldu, Doğu Demirkol, Büşra Pekin və Safa Sarı çəkiliblər.

“Bayı toplantısı” filmi məcburən qatılmalı olduqları ticarət toplantısında üç məişət avadanlığının ticarəti ilə məşğul olan satıcıların üzləşdiyi bir-birindən maraqlı macəralardan bəhs edir. Bir-birini tanımayan Namiq, Adəm və Sadıq ticarətlə məşğul olur və yolları ticarət toplantısında kəsişir.

Həyatlarının mürəkkəb bir anını yaşayan Namiq, Adəm və Sadıq üzləşdiyi hadisələrdən sonra özlərini tam bir macəra ilə zəngin ortamda kəşf edirlər. Həmkarlarını xilas edə bilmək üçün bu üçlüyün bir-birinə güvənmək və tələsməkdən savayı çarələri yoxdur.

Film fevralın 27-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

“CinemaPlus” hər zaman sizi kino tarixinin ən yaxşı premyeralarla sevindirməyə və xoş sürprizlər etməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri