26 
Fev
2020
15:49
128
21
3448
Virtual karabakh

Gülben Ergen koronavirusa görə məhkəməyə gəlmədi

26 Fev, 2020
15:49
3448

Gülben Ergen koronavirusa görə məhkəməyə gəlmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur müğənnisi Gülben Ergen koronavirus səbəbindən məhkəmədə iştirak edə bilməyib.

Sondakika.com-un xəbərinə görə, sənətçi bu gün İstanbul Çağlayan Məhkəməsində keçiriləcək prosesdə iştirak etməyib.

Onun vəkili Ergenin Ankara səyahətindən qayıdarkən koronavirusa görə təyyarədən enmədiyini və İstanbula gəlmədiyini deyib.

O, müvəkkilinin növbəti prosesdə iştirak edəcəyini qeyd edib.

Tərəflərin vəkilləri dinlənildikdən sonra məhkəmə prosesinin növbəti iclası bir həftə sonraya təyin edilib. Əsassız səbəbdən prosesə gəlməyəcəyi təqdirdə müğənninin məhkəməyə zorla gətiriləcəyi bildirilib.

Qeyd edək ki, keçmiş əri Erhan Çelik Gülben Ergeni məhkəməyə verib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri