27 
Fev
2020
10:07
25
237
6201
Virtual karabakh

Azərbaycanlı aktyorun yarıçılpaq şəkilləri izləyicilərini məəttəl qoydu - FOTO

Rusiyada yaşayan və aktyorluq fəaliyyətini uğurla davam etdirən əslən azərbaycanlı Anar Xəlilov bir-birindən açıq-saçıq fotoları ilə gündəmə səs salıb.

Oxu.Az xəbər verir ki, fotoqraf Darya Equdinanın kamerasının önünə keçən aktyor fit vücudunu gözlər önünə çıxarıb.

Yarıçılpaq pozlar verən Anar Daryanın lentə aldığı şəkillərini sosial media hesabında paylaşıb.

Onun “Bədəninizi sevin, ard-arda yemək yeməyin” - başlığı altında yaydığı şəkillərə izləyicilərdən ilginc şərhlər gəlib.

İzləyicilər Anarın yarıçılpaq və seksual fotolarına görə, onu “ağ yuyub, qara sərib”lər.

Qeyd edək ki, Anar Xəlilov “Şukin Teatr İnstitutu”nun məzunu, Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın tələbəsidir. O, azərbaycanlı rejissor İlqar Safatın “İçəri şəhər” filmində rol alıb. Xəlilov aktyorluqdan başqa model kimi də fəaliyyət göstərir.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri