27 
Fev
2020
11:20
74
186
2535
Virtual karabakh

Xalq artisti Eminin ABŞ-dakı möhtəşəm konsert turu başa çatdı - FOTO

27 Fev, 2020
11:20
2535

Xalq artisti Eminin ABŞ-dakı möhtəşəm konsert turu başa çatdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Emin Ağalarovun ABŞ-dakı konsert turu canfəşanlıq və anşlaqla başa çatıb.

Oxu.Az xəbər verir ki, sənətçi Torontoda, Nyu-Yorkda, Çikaqo və Los-Ancelesdə konsert proqramları ilə tamaşaçılara musiqi ziyafəti verib.

Amerika tamaşaçısı musiqiçini anşlaqla yanaşı, həm də çox isti bir atmosferlə qarşılayıb. Bu şəhərlərdən Emini seyr etməyə gələn izləyicilər “Boomerang”, “Still”, “Я лучше всех живу”, “Нежная”, “Девочка моя” və digər hitlərini onunla birgə ifa ediblər.

Xalq artistinin Nyu-Yorkdakı konserti dünya şöhrətli müğənni Uitni Hyustonun debüt etdiyi “Times Meydanı”n yaxınlığında yerləşən əfsanəvi “Town Hall”da baş tutub. Tələbə illərini keçirdiyi şəhərdə konsert proqramı ilə çıxış edən sənətçini izləmək üçün ulduzun anası, bacısı və həyat yoldaşı Alyona da gəlib.

Eminin konsert turu Çikaqoda davam edib. Burada ən yaddaqalan məqam tamaşaçıların ilk saniyələrdən ayaq üstə dinlədikləri Müslüm Maqomayevin “Mavi Əbədiyyət” mahnısı olub. Onlar xalq artistini səhnədən buraxmaq istəməyiblər.

Sənətçinin son konserti Los-Ancelesdə (Hollywood) keçirilib. Emini dinləmək üçün konsertə məşhur iş adamı Ted Foksman, Meir Teper və müğənni Polina gəlib.

Tur çərçivəsində Emin ABŞ-ın məşhur media agentlikləri “City News Toronto” və “Daily Mail International”a müsahibə verib.

Xalq artisti mart ayında Belarusda, Özbəkistanda və Qazaxıstanda konsert verəcək. 

O, Rusiya şəhərlərində də konsert turu ilə sevənlərinin önündə çıxış edəcək.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri