27 
Fev
2020
13:52
239
17
1612
Virtual karabakh

“Avroviziya-2020” koronavirusa görə təxirə salına bilər

May ayının 12-i, 14-ü və 16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək 65-ci “Avroviziya” mahnı müsabiqəsinin təşkilatçıları dünyanı cənginə alan təhlükəli konoravirus epidemiyası ilə bağlı narahatlıq keçirirlər.

Oxu.Az xəbər verir ki, müsabiqənin təşkilatçıları virusla bağlı vəziyyəti izləyirlər.

Onlar may ayına kimi problemin həll olunacağına ümid edirlər.

Təşkilatçılar bildiriblər ki, epidemioloji vəziyyəti izləyən Rotterdam şəhər rəhbərliyindən mütəmadi məlumat alırlar. Müsabiqənin baş tutub-tutmayacağını isə koronavirusun yayılma əhatəsinə bağlayırlar. Təşkilatçılar müsabiqənin başlayacağı tarixdən əvvəl virusun məğlub olacağına ümid bəsləyirlər.

Virusun səngiməyəcəyi və daha çox yerləri əhatə edəcəyi təqdirdə, “Avroviziya-2020”nin vaxtının dəyişdirilməsi istisna olunmur. 

Qeyd edək ki, Azərbaycan “Avroviziya”da 13-cü dəfə iştirak edəcək.

Ölkəmiz 2016-cı ildə olduğu kimi “Avroviziya” beynəlxalq musiqi müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri