29 
Fev
2020
12:28
70
140
9878
Virtual karabakh

Cennifer Lopez “arzularının kişisi” ilə toya hazırlaşır - FOTO

29 Fev, 2020
12:28
9878

Cennifer Lopez “arzularının kişisi” ilə toya hazırlaşır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

50 yaşlı məşhur müğənni Cennifer Lopez münasibətdə olduğu 44 yaşlı peşəkar beysbolçu Aleks Rodriqeslə yaxın günlərdə evlənməyə hazırlaşır.

Bu barədə “Cosmopolitan” xəbər yayıb.

Müğənni idmançı sevgilisindən evlənmə təklifini ötən ilin mart ayında alıb. Lakin Cennifer son bir ildə özünü karyeraya həsr edib: kinoya çəkilib, yeni mahnılar yazıb və bütün dünyada konsertlər təşkil edib. Beysbolçu bu müddət ərzində onun arzusunu anlayışla qarşılayaraq, səbirlə gözləyib.

“Onlar bir-birini xoşbəxt edirlər. Cey arzularının kişisini tapıb. Aleks də onsuz həyatı təsəvvür edə bilmir”, - deyə ulduz cütlüyün yaxın dostu bildirib.

Lopez artıq karyera işlərini bir kənara qoyaraq, toy hazırlıqlarına başlayıb. Onların yayda nikaha girəcəkləri gözlənilir.

Nikah mərasimində yaxın qohumlar və dostlardan əlavə, cütlüyün keçmiş sevgililəri də iştirak edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri