11 
Mar
2020
17:23
201
49
4186
Virtual karabakh

“Planet Parni iz Baku”nun konsertləri təxirə salına bilərmi? - AÇIQLAMA

11 Mar, 2020
17:23
4186

“Planet Parni iz Baku”nun konsertləri təxirə salına bilərmi? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Konsertimiz üçün məşqləri davam etdiririk. Prodüserlər, geyim üzrə rəssamlar, dekorçular, qrimçilər, musiqiçilər işləyir. Ən əsası, aktyorlarımız məşqləri davam etdirir. Hazırlıqların ən qızğın vaxtıdır. Koronavirusa görə məşqlərimizdə fasilədən söhbət gedə bilməz”.

Bunu Oxu.Az-a açıqlamasında “Planet Parni iz Baku” KVN teatrının rəhbəri Tahir İmanov deyib.

15, 16, 17, 18 və 19 apreldə “Planet Parni iz Baku” beş günlük “TV-yə giriş sərbəstdir” adlı konsert proqramı ilə çıxış etməyi planlaşdırır. Ancaq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq qabaqlayıcı tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib. Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən, ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılan operativ qərargah ÜST-ün tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə dair tövsiyə xarakterli çağırış edib. Bəs “Planet Parni iz Baku” koronavirus təhlükəsinə görə konsertini təxirə salmağı düşünürmü?

Tahir İmanov bu barədə dövlət tərəfindən imperativ xarakterli təlimat almadıqlarını və hər hansı təxirəsalmadan söhbət getmədiyini bildirib:

“Bizdə hər şey qaydasında gedir. Biletlərimiz satılır. Aprelin 15-19-u tarixlərində yenidən Heydər Əliyev adına Sarayda konsertimizi keçirmək istəyirik. Biz bu məsələdə bədbin yox, nikbinik. Məncə, hər şey yaxşı olacaq. Cəmiyyətimiz, ölkəmiz bu sınaqdan da layiqli şəkildə çıxacaq.

Dövlətimiz tərəfindən koronavirusla bağlı hansısa qərar çıxarılsa, biz də bir Azərbaycan vətəndaşı olaraq bu qərara tabe olacağıq və təbii ki, konsertlərimizin vaxtını dəyişəcəyik”.

Qeyd edək ki, “Bu şəhərdə”nin bu ay üçün nəzərdə tutulmuş konsertləri mayın son günlərinə təxirə salınıb.  

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri