24 
Mar
2020
14:49
48
609
8805
Virtual karabakh

Brilliant Dadaşova: “Oğluma dörd toy edəcəm” - VİDEO

24 Mar, 2020
14:49
8805

Brilliant Dadaşova: “Oğluma dörd toy edəcəm” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oğlum hər zaman məni qorumağa çalışır. Kişidir, sevgisini hər an bildirmir. Dəyişik xasiyyəti var. Azərbaycanda öyrəşdiyimiz xarakteri yoxdur. Kişilərin kiminsə arxasınca danışmasını qəbul etmir. Deyir, kişilər niyə xanımlarsız bir yerə yığışır? Dostları çağıranda getmir”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Şou ATV” verilişində deyib.

O, müğənni oğlu Cahaddan danışıb. Dadaşova övladı ilə bağlı bir vaxtlar yayılan - “Evlənib, uşağı olub” xəbərlərinə münasibət bildirib:

“Bir çoxları xətrimə dəydi. Oğlumla bağlı yalandan “evlənib” xəbərləri yaydılar. Oğlandır, universitetdə oxuyur, qızlarla şəkil çəkdirməsi normaldır. Bir oğlum var, onun toyu olacaq, heç kim bilməyəcək? Övladıma bir yox, dörd toy edəcəm. İnsanların taleyi ilə oynamaq olmaz. 

Oğlum da pis olmuşdu, Bakıya zəng etdi ki, nə məsələdir? Yazdılar ki, uşağı da var. Maqazin insanı deyiləm, olan şeyləri danışmağı xoşlayıram”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri