25 
Mar
2020
12:09
45
126
8207
Virtual karabakh

Azərbaycanlı aktrisa qonşusu ilə dalaşdı: İşə polis qarışdı - VİDEO

25 Mar, 2020
12:09
8207

Azərbaycanlı aktrisa qonşusu ilə dalaşdı: İşə polis qarışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ADO (Azərbaycan Dağınıq Oda Teatrı) teatrının aktrisası Günel İmanova qonşusu ilə dalaşıb və polisə şikayət edib.

Axşam.az xəbər verir ki, buna aktrisanın qonşusunun tüfənglə küçə itlərini öldürməsi səbəb olub.

Bununla bağlı sosial şəbəkədə video paylaşan Günel İmanova bildirib ki, kişidən silahın alınmasını tələb edir:

“Qonşum əlində tüfənglə küçədəki itləri vurmağa başlayıb. Biri qaçdı, digəri öldü, o biri yaralandı. Küçə itləridir, amma quduz deyillər. Yaxınlaşıb kişi ilə dalaşdım ki, etməyin, onlar da canlıdır. Mənə təhqiredici sözlər dedi, söydü. Dedim, polisə şikayət edəcəyəm. Əhəmiyyət vermədi ki, et, bizə heç kim heç nə edə bilməz.

Bu, birinci dəfə deyil. Bundan əvvəl də edib. Yaşadığım ərazidə güllə səsi eşitmək istəmirəm. Gecənin bir yarısı güllə səsinə oyanıram.

Polisə şikayət etdim, gəldilər, kişini tapa bilmədilər. Həmin insanın qohumları və həyat yoldaşı evimə gəldi ki, ərizəni geri götür, bir də təkrarlanmayacaq. Dedim ki, sizin sözünüzə güvənmirəm. Ərizəmi geri götürməyəcəyəm. Polisə məsələni dedim.

Polis işə baxır, istəyirəm ki, silah ondan alınsın. Ya da qanunla ərizə versin ki, bir də silahdan istifadə etməyəcək, itləri öldürməyəcək”.

Qeyd edək ki, Günel İmanova tamaşaçılara, həmçinin, “Qara yazı” serialından tanışdır.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri