26 
Mar
2020
12:03
199
44
13489
Virtual karabakh

“Yuventus”un futbolçusu azərbaycanlı müğənninin mahnısını oxumağı xahiş etdi - FOTO/VİDEO

26 Mar, 2020
12:03
13489

“Yuventus”un futbolçusu azərbaycanlı müğənninin mahnısını oxumağı xahiş etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Yuventus” klubunun futbolçusu Miralem Pyaniç azərbaycanlı müğənni Nahidə Babaşlının ifa etdiyi mahnının oxunmasını istəyib.

Oxu.Az Türkiyənin ahaber.com.tr saytına istinadən xəbər verir ki, 29 yaşlı bosniyalı futbolçu türkiyəli müğənni Zeynep Bastıkın “Instagram”da açdığı canlı yayıma qoşulub.

Məşhur futbolçu son zamanlar türk dilində ən populyar mahnılardan olan “Benim Hikayem”in (“Mənim Hekayəm”) nəqarətindəki “Bu hikayede yanan ben oldum” sözlərini yazıb və müğənnidən mahnını oxumağı xahiş edib.

Qeyd edək ki, qadınların hüquqlarının pozulmasından bəhs edən “Benim Hikayem”in sözləri və musiqisi Nahidə Babaşlıya aiddir. Ötən il noyabrın 15-də “YouTube”a yüklənən bu mahnının klipi 23,5 milyon istifadəçi tərəfindən izlənilib və Türkiyədə məşhurlaşıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri