26 
Mar
2020
17:47
61
215
12358
Virtual karabakh

Cennifer Lopez romantik oyun zamanı nişanlısı ilə bağlı gizli sirrini bölüşdü - FOTO/VİDEO

26 Mar, 2020
17:47
12358

Cennifer Lopez romantik oyun zamanı nişanlısı ilə bağlı gizli sirrini bölüşdü - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış müğənni Cennifer Lopez və beysbolçu nişanlısı Aleks Rodrigez məşhur “çelenc”də iştirak ediblər.

“Cosmopolitan”ın məlumatına görə, ulduzlar məzəli oyun formatında bir-birinə romantik münasibətlərini açıqlayıblar.

Sevgililər bir yerdə daha çox vaxt keçirmək üçün ev karantini imkanından istifadə ediblər. Onlar #coupleschallenge instamarafonuna qoşulublar. Cütlük gözləri bağlı halda bir-biri barədə gözlənilməz sualları cavablandırıblar.

Cennifer ilk olaraq özü Aleksi öpdüyünü deyib.  Eşqini ilk etiraf edən isə Rodrigez olub.

Beysbolçu Lopezin daha yaxşı yemək hazırladığını etiraf etsə də, səhərlər çox gec hazırlandığını vurğulayıb.

Ulduzlar xəstələndikləri zaman uşaq kimi davrandıqlarını, əsəbi olduqlarını deyiblər.

İstifadəçilər sevgililərin bu pozitiv videosunu yüksək qiymətləndiriblər.

“Budur, dünyanın hazırda ehtiyac duyduğu məzmun”, “Çox sevimlidirlər”, “Sizləri sevirəm”, “İdeya üçün təşəkkürlər, artıq özünütəcrid rejimi mənim üçün şən keçir”, - deyə “Instagram” istifadəçiləri heyranlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Cennifer və Aleks uşaqları ilə birlikdə Mayamidə kotteclərində istirahət edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri