31 
Mar
2020
17:10
256
79
3001
Virtual karabakh

Rihanna gələcək planlarını açıqladı: “10 ildə dörd uşaq istəyirəm”

31 Mar, 2020
17:10
3001

Rihanna gələcək planlarını açıqladı: “10 ildə dörd uşaq istəyirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur müğənni Rihanna 10 ildə üç-dörd uşaq sahibi olmaq istədiyini deyib.

O, bu barədə “Vogue” jurnalına gələcək planları barədə müsahibə verərkən deyib.

32 yaşlı ulduz 10 ildən sonra evlənəcəyi adamı tapa bilməsə də, üç və ya dörd uşağının olacağını bildirib: “Bunu özüm edə bilərəmmi? Sözsüz”.

Yanvar ayında Səudiyyə Ərəbistanından olan milyarder Həsən Cəmil ilə üç illik münasibətlərinə son qoyan Rihanna kiminləsə görüşməməsinin onu ana olmaq planından yayındırmayacağını qeyd edib.

Sevgini valideyn olmağın əsas elementi olaraq vurğulayan Rihanna deyib: “Cəmiyyətin mənim yanlış yolda olduğumu düşündüyünü bilirəm. Uşağınızın həyatında atası yoxdursa, sizi bir ana kimi qiymətləndirmirlər”. 

“Həqiqətən uşağı böyütmək üçün sevginin olması vacibdir”, - deyən məşhur müğənni ən xoşbəxt və sağlam əlaqənin valideynlə uşaq arasında olduğunu söyləyib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri