27 
Apr
2020
13:56
35
252
2707
Virtual karabakh

Günay İbrahimli yeni rəngarəng klipini təqdim etdi - VİDEO

27 Apr, 2020
13:56
2707

Günay İbrahimli yeni rəngarəng klipini təqdim etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Günay İbrahimli yeni layihəsini tamaşaçıların ixtiyarına verib.

Oxu.Az xəbər verir ki, sənətçi söz və musiqisi Zülfi Bədəlova aid “Bu zamandan sonra” adlı mahnıya klip çəkdirib.

Klipin rejissoru Dele Orucludur.

Rəngarəng görüntülərin yer aldığı klipdə G.İbrahimli izləyiciləri qarşısına bir neçə obrazda çıxıb.

Müğənni yeni klipi ilə karantin günlərində insanların əhvalına rəng qatıb, onlara müsbət enerji ötürmək istədiyini bildirib:

“Mahnıdan bir hissəni “Instagram” hesabımda paylaşmışdım. Gələn reaksiyalardan çox bəyənildiyini anladım. Havalar istiləşir. Ölkə ərazisində koronavirusla bağlı karantin rejimidir. Düşündüm ki, məhz rəngarəng klip və ritmik mahnı ilə #evdəqal mesajına dəstək olan hər kəsi pozitiv əhval-ruhiyyə ilə yükləyim”.

 
Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri