May
2020
14:54
32
439
3333
Virtual karabakh

Xalq artisti: “Dərmanların qiyməti artıb, onları almaqda çətinlik çəkirəm” - ÖZƏL

1 May, 2020
14:54
3333

Xalq artisti: “Dərmanların qiyməti artıb, onları almaqda çətinlik çəkirəm” - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səhhətimlə əlaqəli həm özüm, həm də oğlum Kazım mütəmadi dərman qəbul etməliyik. Sağlamlığım həmin dərmanlardan asılıdır. Amma son günlərdə apteklərdə qəbul etdiyimiz dərmanların qiyməti artıb. Onları almaqda çətinlik çəkirəm”.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Xalq artisti Könül Xasıyeva dərmanların qiymətinin süni şəkildə artırılmasından şikayətlənərkən deyib. 

Efirə gec-gec çıxan xanəndə ata yurdu və hazırda yaşadığı Şəki şəhərindəki evini hələ də sata bilmədiyini söyləyib:

“İki aydan çoxdur ki, anamın yanında - Şəkidəyəm. Qaldığımız evə hələ də müştəri tapa bilmirəm. Bu gün yenidən daşınmaz əmlak saytında evimi 100 min manata satışa çıxarmaqla bağlı elan yerləşdirmişəm.

Altı sot ərazidə birmərtəbəli, dörd otaqdan ibarət təmirli və işıqlı evdir. İstəyirəm ki, buranı satıb Bakıda xudmani bir bağ evi tikdirim”.

Qeyd edək ki, K.Xasıyeva onurğa beyninin iflicindən əziyyət çəkir.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri