May
2020
09:58
48
644
22575
Virtual karabakh

Manaf Ağayev Buzovnadakı dəbdəbəli villasını nümayiş etdirdi - FOTO

“Evdə oturmaq olmur. Təmiz havaya çıxmaq lazımdır. Ona görə də, gəlmişəm Buzovnadakı bağıma. Mənim işim elə qonaq qəbul etməkdir”.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev ATV kanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramına “Skype” vasitəsilə onlayn qoşulma zamanı deyib.

Verilişin aparıcısı Zaur Baxşəliyevin sənətçiyə ünvanladığı “Səs gəlir qulağıma. Yanında kimsə var?” sualına Manaf belə cavab verib:

“Bağımda, əslində, çox adam var: bağban, mühafizəçi, oğlum Elçin gəlib yanıma”.

M.Ağayev övladlarından ayrıca söz açıb:

“Oğullarımdan biri icbari sığorta agentliyində, o biri isə bankda işləyir. Qızımla bir oğlumun ifaçılıq istedadı olsa da, onların elə dövlət işində işləmələri daha yaxşıdır. Uşaqlarım çox savadlıdır. Hamısı ali təhsillidir. Onlar Manaf Ağayevin adı ilə deyil, öz bilikləri ilə universitetə daxil olublar. Övladlarımla fəxr edirəm”.

Daha sonra sənətçi sağlamlığında ciddi problemlərin olduğunu söyləyib:

“35 ildir ki, sənətdəyəm. Gəzmədiyim yer yoxdur. Əzab-əziyyətlə, alın tərimlə bunları qurmuşam, canım xəstə düşüb. Heç kimin indiyə kimi pulunu kəsməmişəm, oğurluq etməmişəm. Hamısını özüm etmişəm. Oruc tutmasam da, uşaqlarımın hamısı tutur. Çoxlu dərman qəbul edirəm. Bir az ağrılarım var, müalicə alıram. Bu da düzələr”.

Proqramın gedişatında sənətçi Zaurun təkidi ilə dəbdəbəli bağ evini kameralar önündə sərgiləyib.

Qeyd edək ki, M.Ağayevin iki oğlu, bir qızı var. Sənətçi böyük oğlu Elçini iki il öncə evləndirib. Bu toy mərasimi mediaya qapalı şəkildə keçib. Bir neçə ay öncə isə müğənninin ikinci oğlu Müşfiq nişanlanıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri