19 
May
2020
22:55
283
63
11618
Virtual karabakh

Xalq artisti verilişə velosipedlə gəlib mərci uddu - VİDEO

19 May, 2020
22:55
11618

Xalq artisti verilişə velosipedlə gəlib mərci uddu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Səməd Səmədov Fatmayı kəndində yerləşən bağından “Xəzər” televiziyasına qədər velosipedlə gəlib.  

Oxu.Az xəbər verir ki, “5/5” axşam şousunda qonaq olan 73 yaşlı sənətçi televiziyanın həyətinə velosiped sürərək daxil olub.  

Canlı efirə qatılan Xalq artisti üzünü şounun aparıcısı Zaur Kamala tutaraq, onunla mərc etdiyini bildirib: 

“Fatmayıdən gəlirəm. Zaur, 100 manatımı ver. Mənimlə mərcə girmişdin ki, bağdan velosipedlə gələ bilərsən, ya yox? Şahidlər də var, uduzmusan”.  

Z.Kamal məsələni “Pul söhbəti olmasın. Qonaqlıq verərəm” deyərək, həll etməyə çalışıb.  

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri