22 
May
2020
12:23
17
337
3632
Virtual karabakh

Onurğa iflicindən əziyyət çəkən Xalq artistinin vəziyyəti yenidən pisləşdi - FOTO

22 May, 2020
12:23
3632

Onurğa iflicindən əziyyət çəkən Xalq artistinin vəziyyəti yenidən pisləşdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Könül Xasıyevanın səhhəti yenidən pisləşib.

Oxu.Az xəbər verir ki, xəstə anasına baxmaq üçün hazırda Şəkidə ata evində yaşayan sənətçi müalicəsini orada davam etdirdiyini bildirib.

Xalq artisti sistem altında çəkilmiş fotosunu sosial media hesabında paylaşaraq, vəziyyətindən nigaran olduğunu yazıb:

“Allahın yazısına pozu yoxdur. Amma oğlum Kazımın toyunu görmədən ölmək istəmirəm”.

Xatırladaq ki, muğam ifaçısı K.Xasıyeva may ayının ilk günündə Oxu.Az-ın əməkdaşı ilə söhbətində qəbul etdiyi dərmanların bahalaşmasından şikayətlənmişdi:

“Oğlum Kazım da müalicə olunur. İkimiz də mütəmadi dərman qəbul etməliyik. Sağlamlığım həmin dərmanlardan asılıdır. Qəbul etdiyimiz dərmanların qiyməti son günlərdə bahalaşıb. Dərmanları almaqda çətinlik çəkirəm”.

Qeyd edək ki, sevilən sənətkar onurğa iflicindən əziyyət çəkir.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri