22 
May
2020
14:52
21
169
5009
yuxarı
12 gün ərdə olan “Playboy” ulduzu “18+” kateqoriyalı saytda aparıcılıq edəcək
Fevral ayında 12 gün ərdə olub qalmaqallı şəkildə boşanan “Playboy” ulduzu Pamela Anderson “18+” kateqoriyalı saytın kreativ rəhbəri təyin olunub.
Oxu.Az xəbər verir ki, 52 yaşlı aktrisa sözügedən saytda cinsi münasibətlər sahəsində müzakirələr aparacaq.
“İnsanları bir araya gətirmək üçün və mütəxəssislərlə hər hansı mövzuda müzakirələrin aparıla biləcəyi platformanın təqdim edilməsi ideyası xoşuma gəlir. Birbaşa ünsiyyət sosial medianın yeni səviyyəsidir”, – deyə P.Anderson “Good Morning America”ya müsahibəsində bildirib.
Qeyd edək ki, Pamela Anderson 1992-ci ildə “Malibunun xilasediciləri” serialında əsas rollardan birini ifa edib. Bundan sonra o, ABŞ-ın seks-simvoluna çevrilib.
Rəşad Əliyev
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Şou-biznes xəbərləri
28 
Yan
2021
15:54
Hollivud ulduzu Demi Mur görünüşü ilə pərəstişkarlarını şoka saldı - FOTO/VİDEO
29
16
1964
25 
Yan
2021
14:19
Rəmişin son halı – FOTO
28
365
11516