23 
May
2020
11:30
332
178
11625
Virtual karabakh

Mina Hüseyn: “Sevgilim mənə xəyanət edib, başqası ilə evləndi” - VİDEO

23 May, 2020
11:30
11625

Mina Hüseyn: “Sevgilim mənə xəyanət edib, başqası ilə evləndi” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hələ aşiq olmamışam. Oğlanlarla yola getmirəm. Bir dəfə sevmişəm, ondan sonra məhəbbət mövzusunun üstündən xətt çəkmişəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri son günlər çəkdirdiyi açıq-saçıq şəkilləri ilə gündəmi zəbt edən müğənni Mina Hüseyn “MTV Azerbaycan” telekanalında yayımlanan “Ulduzun saatı” şou verilişində qonaq olarkən deyib.

İfaçı bir neçə il öncə aldadılmasından, sevgilisinin ona xəyanət etməsindən danışıb:

“Sevgilim məni aldatdı, başqası ilə evləndi. Mənə xəyanət etdi. Həm də ailədə problemlər var idi. Mən tək qaldım. Ona görə də, artıq kişilərə inamım qalmayıb. Rastıma eyni xarakterli kişilər çıxır. Hələ ki, heç kimə şans vermirəm. Baxaq, görək... Hələlik yalnız sənətimlə məşğul oluram”.

Sonra M.Hüseyn kişilərin xəyanətindən söz açaraq, onların belə doğulduqlarını bildirib:

“Kişilər hər zaman xəyanət etməyi sevirlər. Onlar xəyanət etmək hissi ilə doğulurlar. Məncə bu, normaldır. Əgər qadın evlidirsə, o, ərinin xəyanətini ailəsinə, uşaqlarına görə bağışlamalıdır. Amma sən nə qədər kişini əlində tutub möhkəm saxlasan da, o, mütləq sənə xəyanət edəcək. Dinimizdə də var, bir kişi dörd qadınla evlənə bilər. Mən bu məsələlərlə razı deyiləm, qəbul etmirəm. Amma kişilər bir yerə qədər dözüb, yenə xəyanət edəcəklər. Bu, qaçılmazdır. Səni sevən yanında qalacaq. Xəyanət etsə də, boş ver”.

Proqramda müğənni onun haqqında gəzib-dolaşan “Minanın sponsor sevgilisi var” dedi-qodularına da aydınlıq gətirib:

“Haqqımda şayiələr gəzir ki, guya sevgilim var, o mənə maddi yardım edib, dəstək olur. Amma belə bir şey yoxdur. Yalnız ailəm mənə dəstək olur və öz gücümə işləyib, bura qədər gəlmişəm”.

Qeyd edək ki, Mina Hüseyn keçmiş “ANS TV”nin yetirməsidir. O, illər öncə sözügedən televiziyada “Dur oppan” mahnısı ilə tanınıb. Həmçinin, Mina məşhur estrada müğənnisi Elnarə Xəlilovanın xalası qızıdır.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri