23 
May
2020
12:32
59
216
12234
Virtual karabakh

Azərbaycanlı müğənninin arxiv görüntüləri üzə çıxdı - FOTO/VİDEO

23 May, 2020
12:32
12234

Azərbaycanlı müğənninin arxiv görüntüləri üzə çıxdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan şou-biznesində “Şipşirin” ləqəbi ilə məşhurlaşan müğənni Elçin Cəfərovun arxiv görüntüləri üzə çıxıb.

Oxu.Az xəbər verir ki, “Xəzər” telekanalında yayımlanan “Şən Bazar” səhər şousunda qonaq olan müğənniyə gözlənilməz sürpriz təqdim olunub.

Öncə efirdə Elçinin Xalq artisti Nazpəri Dostəliyeva ilə uşaqlıq fotosu yayımlanıb.

Proqramda qonaq olan müğənni Günay İbrahimli və məşhur idmançı Eduard Məmmədov E.Cəfərovun heç dəyişilmədiyini söyləyiblər.

Fotonun ardınca isə 1998-ci ildə el şənliklərindən birində çəkilmiş Elçinin arxiv videosu nümayiş etdirilib.

Görüntülərdə E.Cəfərov türk sənət dünyasının “imperatoru” sayılan İbrahim Tatlısəsin repertuarında yer alan “Anam” bəstəsini ifa edib.

Müğənni uşaqlıqdan İ.Tatlısəsin fanatı olduğunu və onun mahnılarına qulaq asdığını dilə gətirib.

Həmin görüntülər şou-proqramda iştirak edən qonaqlar tərəfindən maraqla qarşılanıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri