23 
May
2020
15:20
106
730
18976
Virtual karabakh

İşsiz qalan müğənnilər ölkə başçısına və birinci vitse-prezidentə müraciət ünvanladılar - VİDEO

23 May, 2020
15:20
18976

İşsiz qalan müğənnilər ölkə başçısına və birinci vitse-prezidentə müraciət ünvanladılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, toy və digər kütləvi məclislərin bərpası üçün iyun ayı məqbul hesab olunmur. Onun sözlərinə görə, hazırda 10 nəfərdən çox adamın bir yerə toplaşması qadağandır.

Oxu.Az xəbər verir ki, işsiz, xüsusilə toysuz qalan bir sıra şou-biznes nümayəndələri sosial media hesabları vasitəsi ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.

Müğənni Sabir Əhmədov müraciətində yazır:

“Müraciətim operativ qərargahadır. Musiqiçilər, müğənnilər, musiqi avadanlıqlarını kirayə verənlər, restoranlarda çalışan ofisiantlar, aşpazlar, qab yuyanlar, xadimələr, avtomobilləri kirayə verənlər, təşkilatçılıqla məşğul olanların hamısı işsiz qalıb. Bu işdən evinə gündəlik çörək pulu aparan şəxslərin siyahısı olduqca böyükdür.

Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, operativ qərargaha müraciət edirəm ki, toylar və el şənlikləri ilə bağlı məsələ bir də nəzərdən keçirilsin.

Hazırda bizim qazanc mənbəyimiz yoxdur. Neçə aydır evdəyik. Bu səbəbdən evə bir manat da olsun pul gətirə bilmirik. Topladığımız pulu xərcləmişik və bu sondur. Sizdən artıq dərəcədə rica edirik bizə yardımçı olasınız”.

Bu müraciətə müğənnilər Nura Suri, Fuad Musayev və digər incəsənət nümayəndələri də qoşulub.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri