25 
May
2020
02:05
45
160
6728
Virtual karabakh

Rusiyanın pop ulduzu ərindən boşanır - FOTO

25 May, 2020
02:05
6728

Rusiyanın pop ulduzu ərindən boşanır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın məşhur pop müğənnisi 33 yaşlı Polina Qaqarina 42 yaşlı fotoqraf həyat yoldaşı Dmitri İshakovdan boşanır.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, cütlük altı il birgə yaşadıqdan sonra ayrılmaq qərarına gəlib.

Yanvar ayından bəri bir-birindən ayrı yaşayan Polina və Dmitri rəsmi olaraq məhkəməyə müraciət ediblər. Onların ayrılmasını ilk olaraq pop ulduzun fanatları aşkar ediblər.

“Instagram” səhifələrində bir-birini izləmədən çıxaran ikili o müddətdən sonra birlikdə nə foto, nə də ki video paylaşıblar. Polina ilə Dmitri mediaya boşanmaları barədə açıqlama verməkdən boyun qaçırırlar.

Qeyd edək ki, məşhur cütlüyün Miya adlı qız, Andrey adlı oğul övladı var.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri