25 
May
2020
01:05
155
467
16751
Virtual karabakh

Sevil və Sevinc restoran açırlar - VİDEO

25 May, 2020
01:05
16751

Sevil və Sevinc restoran açırlar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ruletlər bişirib “Instagram”da satırıq. Bir ruletin qiyməti 20 manatdır”.

Oxu.Az xəbər verir ki, bu sözləri şou-biznesin məşhur əkiz bacıları Sevil və Sevinc Səfərovalar “ATV Maqazin 10larla” proqramında deyiblər.

Adlarını şou-biznesdə təsdiqləyən müğənnilər, qənnadçılığa baş vurublar: Sevinc bu barədə fikirlərini bölüşüb:

“Ruletlərin hazırlanmasına ərzaqlar çox gedir - istər ədviyyat olsun, istərsə də kərə yağı. Butik restoran açmaq niyyətindəyik. Orada müştərilərə ev yeməkləri təqdim olunacaq. Həmin yeməkləri də bacım Sevil bişirəcək. Menyuda əsas da sarı plov olacaq”.

Sevil də öz aşpazlıq qabiliyyətindən danışıb:

“Bəzi aşpazlar kimi bişirdiyim təamların reseptlərini bölüşməyəcəyəm. Öləndə də onların bişirilmə qaydasını özümlə aparacağam”.

Qeyd edək ki, Sevil və Sevinc Səfərova bacılarının şəhərin mərkəzində ayaqqabı butikləri və gözəllik salonları var.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri