28 
May
2020
10:19
35
322
10898
Virtual karabakh

Azərbaycanın ən yaraşıqlı kişisi: “Toy etmək üçün büdcəmə uyğun restoran tapa bilmirəm” - ÖZƏL + FOTO

28 May, 2020
10:19
10898

Azərbaycanın ən yaraşıqlı kişisi: “Toy etmək üçün büdcəmə uyğun restoran tapa bilmirəm” - ÖZƏL + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Toyum apreldə olacaqdı, ölkədə karantin rejimi tətbiq edildiyindən xeyir işim baş tutmadı”.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində 2006-ci ildə “Best model of Azerbaijan” və 2007-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən “Best model of the World” gözəllik və model müsabiqələrinin qalibi Rüstəm Cəbrayılov deyib.

33 yaşlı Azərbaycanın ən yaraşıqlı kişisi karantindən sonra toy edəcəyini bildirib:

“Karantindən sonra ən birinci işim evlənmək olacaq. Restoranların qiymətləri isə “dəvənin belində”.

Büdcəmə uyğun restoran tapmamışam, hələ də axtarıram. Tapan kimi hamınızı toyuma dəvət edəcəyəm. İşlərimin bu ərəfədə az olması, karantinin tətbiqi ziyanıma işlədi. Bu hadisələrə görə kefim heç yoxdur. İşlərim yolunda getmədi”.

Yaraşığı və xarizması ilə əks cinsin nümayəndələrinin ağlını başından alan R.Cəbrayılov ailə həyatı qurandan sonra bir müddət Hövsanda ata evində yaşayacağını dilə gətirib:

“Hövsan qəsəbəsində atamın evi var. Gələcəkdə şəhərdə ipoteka ilə ev almaq istəyirəm. Lakin indi büdcəm buna imkan vermir”.

Qeyd edək ki, R.Cəbrayılov ötən ilin dekabr ayında nişanlandığını bildirərək, sevib-seçdiyi yarı ilə birgə çəkilmiş “love story” fotosessiyasını sosial media hesabında paylaşmışdı.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri