28 
May
2020
12:42
83
54
4968
Virtual karabakh

Onlar da boşanır - Məşhur müğənni xokkeyçi ərini bağışlamadı - FOTO

28 May, 2020
12:42
4968

Onlar da boşanır - Məşhur müğənni xokkeyçi ərini bağışlamadı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

33 yaşlı rusiyalı müğənni, “Pelageya” rus qrupunun məşhur solisti Polina Sergeyevna Smironova xokkeyçi əri, 28 yaşlı İvan Telegindən nəhayət ki, boşanır.

Oxu.Az rus mediasına istinadən xəbər verir ki, ötən gün sənətçi boşanmaq üçün məhkəməyə müraciət edib.

Cütlük ötən ilin sonunda ayrılsa da, Polina boşanmağa tələsməyib. İddiaya görə, müğənninin xokkeyçi əri ilə barışmaq niyyəti olub. Lakin cütlük yenidən bir araya gələ bilməyib.

İkili üç yaşlı qızları Taisiyaya görə münasibətlərini davam etdirirdilər.

İ.Teleginin qadınlarla görüşdüyü barədə dəfələrlə mətbuatda xəbərlər dərc edilsə də, xokkeyçi yayılan məlumatların şayiə olduğunu bildirib.

İvan hətta Polina ilə aralarında yaşanan davaların səbəbinin iddia olunan kimi üçüncü şəxsin günahı olmadığını bildirib.

Həmin müddətdə sosial mediada Teleginin iş adamı Mariya Qonçarla fotoları yayılmışdı.

Pelageyaya bənzəyən qadın İvanın sevgilisidir. Onlar şəhər kənarında yerləşən evdə yaşayırlar.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri