28 
May
2020
15:51
62
237
10341
Virtual karabakh

Nüşabə acınacaqlı vəziyyətə düşən Nurlanı qınadı: “Toy müğənnilərini bəyənmir, bizdən yardım istəyir” - VİDEO

28 May, 2020
15:51
10341

Nüşabə acınacaqlı vəziyyətə düşən Nurlanı qınadı: “Toy müğənnilərini bəyənmir, bizdən yardım istəyir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Nüşabə Ələsgərli “ATV” telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramına zəng vuraraq, acınacaqlı vəziyyətdə yaşayan müğənni Nurlan Əzizbəyliyə irad bildirib.

Oxu.Az  xəbər verir ki, müğənni həmkarının “Başqa toy müğənniləri kimi məclislərə on minə getməmişəm” fikrinə etiraz edib:

“Bu gün bizim məqsədimiz Nurlan Əzizbəyliyə kömək etməkdir. Ona kömək etmək istəyənlər də pullarını haradan qazanırlar? Toy məclislərindən, el şənliklərindən... Onlar halal zəhməti ilə pul qazananlardır.

El məclisinə getmişəm, əziyyət çəkmişəm, tər tökmüşəm, pul qazanmışam. Nurlan Əzizbəyliyə kömək etmək istəyirdim. Efirdə toy müğənnilərini bəyənmədiyini deməsindən sonra ona niyə pul verim ki?

Nurlana ilk növbədə kömək etmək istəyənlər kimlərdir? Onun ətrafı və sənət dostları... Hər janrda ifa edən ola bilər. Elə danışmaq olmaz. Sənə kömək etmək istəyən insanları ürkütmə, qaçmasınlar”.

Qeyd edək ki, müğənni Nurlan Əzizbəyli maddi baxımdan sıxıntılar yaşadığı və ona məxsus həyət evinin yararsız vəziyyətə düşdüyü üçün “Bizimləsən” proqramına müraciət edərək, kömək istəyib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri