29 
May
2020
12:24
25
280
5201
Virtual karabakh

Mənzurə Musayeva: “Söhbət edə-edə plastik əməliyyat etdirdim” - VİDEO

29 May, 2020
12:24
5201

Mənzurə Musayeva: “Söhbət edə-edə plastik əməliyyat etdirdim” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Plastik əməliyyatın nəyi pisdir ki? Görünüşündə nəsə xoşuna gəlmir, onu düzəltdirirsən. Gözaltı torbalardan birdəfəlik xilas olmaq üçün bıçaq altına uzandım. Həkim narkoz vermədən, iynə vurub, söhbət edə-edə artıq ətləri kəsib, götürdü”.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva ARB TV-də yayımlanan “Ona qalsa” səhər şousunda qonaq olarkən deyib.

Sənətçi blefaroplastika əməliyyatının cəmi 20 dəqiqəyə icra olunduğunu bildirib:

“Əməliyyat cəmi 20 dəqiqə çəkdi. Narkozsuz əməliyyat etdirdiyimə görə, çox sevindim. Səkkiz dəfə xəstəliyimlə, dörd dəfə gözəlliyimlə bağlı narkozla cərrahi əməliyyat keçirmişəm. Mən yazıq, gör, nə qədər narkoz almışam. Bu səbəbdən həkimdən xahiş etdim ki, əməliyyatı narkozsuz etsin”.

Proqramın aparıcısı şairə Nazilə Səfərlinin “Sumqayıtda açdığın gözəllik salonu işləyir?” sualına M.Musayeva belə cavab verib:

“Salon işləyir. Amma açıldığı 20 gündən sonra ölkədə tətbiq edilən karantin rejiminə görə, bağladım. Mənim ayağım Sumqayıta yox, dünyaya düşmədi (gülür)”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri