29 
May
2020
13:12
66
474
34649
Virtual karabakh

Azərbaycanlı müğənni həyat yoldaşının hamiləlik görüntülərini paylaşdı - FOTO

29 May, 2020
13:12
34649

Azərbaycanlı müğənni həyat yoldaşının hamiləlik görüntülərini paylaşdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya şou-biznesində “Elman” təxəllüsü ilə fəaliyyət göstərən azərbaycanlı müğənni Elman Zeynalov cənubi koreyalı həyat yoldaşı Marqarita Soyun hamiləlik fotolarını paylaşaraq, diqqət mərkəzinə düşüb.

Oxu.Az xəbər verir ki, sənətçi bir neçə həftə sonra ana olacaq həyat yoldaşı Marqarita ilə birlikdə kamera önünə keçərək, yay ab-havalı fotosessiyası etdirib.

Şəkillərini sosial media hesabında bölüşən Zeynalov ona qarşı olan sevgisini bu sözlərlə dilə gətirib:

“Mən səni sevirəm. Çünki məni sən yaratdın, həyatımı dəyişdin. Səni bir cümə günü gördüm və sevməyə qərar verdim”.

Qeyd edək ki, “Yeni Ulduz Fabriki” musiqi layihəsinin finalçısı, Sumqayıtda boya-başa çatan Elman Zeynalov Moskvadakı vitrin salonlarının sahibi Marqarita Soyla evlənib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri