29 
May
2020
17:15
143
295
11991
Virtual karabakh

Azərbaycanlı müğənni nişanlısı ilə yeni görüntülərini paylaşdı - FOTO

Məşhur estrada ulduzu Sevda Yəhyayeva nişanlısı Zakir Bayramovla birgə çəkdirdiyi fotolarla gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, sənətçi 1,4 milyonluq “Instagram” hesabında nişanlısı ilə birgə Şıxov ərazisində yerləşən restoranların birində lentə aldığı şəkillərini izləyiciləri ilə bölüşüb.

“Ümid var olduqca yeni başlayan hər gün gözəldir” başlığı altında paylaşılan fotolara 4200-dən çox bəyənmə, 100-dən çox şərh gəlib. İzləyicilərin əksəriyyəti müğənninin həkim nişanlısına yaraşdığını yazıblar.

Qeyd edək ki, müğənni Sevda Yəhyayeva Zakir Bayramov adlı həkimlə nişanlanıb. Z.Bayramov “Leyla Şıxlinskaya” klinikasında genetik-laborant olaraq çalışır.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri