31 
May
2020
14:12
83
365
9248
Virtual karabakh

38 yaşlı Röya: “Qadınlar məni ərlərinə qısqanmırlar” - VİDEO

31 May, 2020
14:12
9248

38 yaşlı Röya: “Qadınlar məni ərlərinə qısqanmırlar” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yanımdakı insanlara tapşırmışam ki, nə vaxt ağlım başımdan getsə, şapalaq vurun, özümə gəlim. Bu sənətə gələn gənclərə heç vaxt məsləhət vermərəm, işlərinə qarışmaram. Bu, pisdir və ya yaxşıdır, demərəm. Kiminsə ailə qurması, ya boşanmasına şərh bildirmərəm.

Aktrisalardan biri (Əməkdar artist Məlahət Abbasova - red.) haqqımda xoşagəlməz sözlər demişdi. Ona cavab qaytarandan sonra üç gün yata bilmədim. Gərək ona cavab verməzdim. Ən yaxşısı məndən danışsınlar. Mən isə reaksiya verməyim. Gecə də rahat yatım. Çünki çox ağır cavab verirəm. Evdə də deyirlər ki, Röyanın çox ağır dili var. Bir kəlmə ilə insanın xətrinə dəyə bilərəm. Özümə söz vermişəm, danışmayacağam. Amma bilmirəm, nə zamana kimi susub, danışmayacağam”.

Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan İctimai Televiziyada (İTV) yayımlanan “Fatehin divanı” axşam şousunda qonaq olarkən özünə qoyduğu qadağalardan bəhs edərkən deyib.

“Komandamın 12 üzvü var. Onların arasında Türkiyə vətəndaşları da var”, - deyən Röya mütəmadi olaraq əsəblərini müalicə etdiyini açıqlayıb:

“Əsəblərimi və ruh halımı qaydaya salmaq üçün Türkiyədə müalicə alırdım. Sərhədlər bağlı olduğundan bunları edə bilmirəm. Burada da heç bir həkimlə ünsiyyətdə olmamışam. 2015-ci ildən sonra anladım ki, əsəblərim yerində deyil. Kimsə nəsə deyəndə, ağlamağa başlayırdım. Həkimlə danışanda anladım ki, bu, uşaqlıqdan bəri məndə qalan psixoloji problemdir.

Yalnız İstanbuldakı mənzilimdə rahatlıq tapa bilirəm. Orada olduğum zaman evə nə yemək bişirən, nə də ev yığışdıran şəxs gəlir. Tək qalıb, sakitləşirəm. Bakıda rahat olmaq mümkün deyil. Səhər yuxudan oyanıram, ev işləri ilə məşğul olan Almaz xanım mənə hesabat verməyə başlayır: “Filankəsin maaşı çatıb, filankəsi həsb ediblər, xahiş etmək lazımdır ki, onu azadlığa buraxsınlar, filankəs yıxılıb”. Deyirəm ki, yuxudan ayılmağıma imkan ver”.

Proqramın gedişatında sənətçi çəkdirdiyi açıq-saçıq və qalmaqallı fotosessiyasından danışıb:

“Açıq-saçıq obrazı “Göndər” klipində canlandırmışdım. O zaman 47 kiloqram idim. Həmin fotosessiya çox danışılmadı. Bu dəfəki fotosessiya isə çəkim 60 kiloqrama çatıb. Hamı son çəkdirdiyim şəkilləri xoşladı (gülür)”.

“Qadınlar məni ərlərinə qısqanmırlar”, - deyən Röya bu mövzuda fikirlərini belə davam edib:

“Bu fotosessiyada yer alan elə şəkillərim var ki, onları 40 yaşımda ortalığa çıxaracağam. Bu fotosessiyada ruh halım 17 yaşındadır. Çox cavanam. Deyirəm ki, oğlum Hüseyn dünyanın ən xoşbəxt övladıdır. Çünki bütün sevgililəri ilə dost olacağam”.

İki dəfə konserti təxirə salınan pop ulduz maddi cəhətdən böyük ziyana düşdüyünü söyləyib:

“Konsertimin iki dəfə təxirə salınmasına görə zərərə düşdüm. Bu zərər hələ də davam edir. Konsertimi oktyabra saldım. Oktyabr konsertim üçün tam yeni layihəyə start vermişik. Geyimlərdən tutmuş mahnılara kimi hamısı yeni olacaq. Eyni yerdə qala bilmərəm, irəli getməliyəm”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri