İyn
2020
12:05
344
60
2003
Virtual karabakh

80 yaşını qeyd edən Xalq artisti: “Ən böyük arzum Qarabağımıza dönməkdir” - ÖZƏL

1 İyn, 2020
12:05
2003

80 yaşını qeyd edən Xalq artisti: “Ən böyük arzum Qarabağımıza dönməkdir” - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Xalq artisti Niyamməddin Musayevin doğum günüdür.

Estrada musiqimizin görkəmli nümayəndələrindən olan N.Musayevin 80 yaşı tamam olur.

Bu münasibətlə Oxu.Az-ın əməkdaşı N.Musayevlə əlaqə saxlayıb.

Yubiley yaşını qeyd edən “Şöhrət” ordenli müğənni doğum günü ilə bağlı təəssüratlarını bölüşərək, arzularını dilə gətirib:

“Allahdan özümə can sağlığı diləyirəm. Arzudan arzu doğur. Ən böyük arzum isə əzəli torpaqlarımızı nankor düşmənlərimizdən geri alıb, Qarabağımıza dönməyimizdir”.

Qeyd edək ki, Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyunun 1-də İmişli rayonunda anadan olub. Musiqiyə olan sevgi və maraq uşaq yaşlarından onu bu yolu seçməyə təhrik edən amillərə çevrilib. 1957-ci ildən, yəni 17 yaşından N.Musayev peşəkar səhnədədir.

Gənc yaşlarında Rayon Mədəniyyət evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə.Bakıxanovun rəhbərliyi ilə Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə ifa etdiyi bir neçə mahnı dövlət radiosunun fonotekasına daxil olub. 1968-ci ildə "Muğam-68" festivalında qələbə qazanıb.

1991-ci ildə Naxçıvan MR-nın əməkdar artisti adına layiq görülüb.

Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb və 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri