İyn
2020
15:22
170
97
10250
Virtual karabakh

Acun “Survivor”da dava edən iştirakçını oyundan qovdu - QALMAQAL + VİDEO

1 İyn, 2020
15:22
10250

Acun “Survivor”da dava edən iştirakçını oyundan qovdu - QALMAQAL + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TV8” kanalında bu axşam yayımlanacaq, reytinqləri alt-üst edən “Survivor-2020”nin yeni bölümündə iştirakçı ilə realiti-şounun aparıcısı Acun Ilıcalı arasında qalmaqal yaşanıb.

Oxu.Az xəbər verir ki, təqdim edilən anonsda oyundan əvvəl Acun Ilıcalı tərəfindən elan olunan böyük mükafat uğrunda yarışan iki komandanın üzvləri üz-üzə gələrək, söz savaşına çıxıblar.

“Məşhurlar” komandasının iştirakçısı Yunus Emre “Könüllülər” komandasının üzvü Berkan Karabulutla mübahisə edib.

Yayımlanan anonsda Acun Berkanla mübahisə edən Yunus Emreye sözlərinə fikir verməsini və ağır ifadələrdən istifadə etməməsini istəyib. Yunus üzrxahlıq edərək, Ilıcalının sözlərinə gülüb.

Y.Emrenin hərəkətindən əsəbiləşən A.Ilıcalı onu oyundan qovub.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri