İyn
2020
15:51
34
455
11886
Virtual karabakh

Afaq Gəncəli: “Başdan-ayağa sığortayam” - VİDEO

2 İyn, 2020
15:51
11886

Afaq Gəncəli: “Başdan-ayağa sığortayam” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Burnum bahalıdır, üç dəfə əməliyyat etdirmişəm. Bu da öz günahımdan, naşılığımdan olub”.

Oxu.Az xəbər verir ki, bu sözləri məşhur teleaparıcı Afaq Gəncəli ARB televiziyasında yayımlanan “Ona qalsa” səhər şousunda qonaq olarkən deyib. 

Teleaparıcı keçirdiyi plastik əməliyyatlarından söhbət açıb:

“Birinci dəfə rinoplastika əməliyyatı etdirəndə cərraha dedim ki, burnuma çox müdaxilə etməyin. Kənardan baxanda bilinməsin ki, əməliyyat olunub. Dedim ki, kənarlarından yığın, həkim isə bildirdi ki, ucuna da əl vurmalıyam. Həkimlə həkimlik etdim (gülür - red.), mən deyən kimi əməliyyat etdi.

Bir neçə ildən sonra nəfəs almaqda problemlərlə üzləşdim. Məcbur olub getdim “lor” həkimin yanına. Nəfəs almamı düzəltdi, estetik cəhətdən isə köhnə burnum qaldı. Əl dəymədi.

Sonra gördüm ki, burnumda heç bir dəyişiklik yoxdur. “Atalar üç dəfədən deyib” getdim üçüncü dəfə əməliyyat etdirdim. Amma artıq əməliyyatlara “stop” qoymuşam.

Bədən şəkilləndirici, yəni liposaksiya əməliyyatı da etdirmişəm. Amma bununla yanaşı, pəhriz saxlayıram və idman edirəm. Beləliklə də, formada qalıram. Əməliyyat etdirəndən sonra mütləq yediyin qidaya fikir verib, idmanla məşğul olmalısan. Misal üçün, Xatirə İslam əməliyyat etdirəndən sonra arıqlasa da, üstündən bir neçə ay keçdi, yeməyinə diqqət etmədi və kökəldi”. 

N.Səfərlinin “Özünü sığortalamaq istəmirsən?” sualına isə teleaparıcı “Özüm başdan-ayağa sığortayam” deyərək, qarşı tərəfi təəccübləndirib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri