İyn
2020
16:24
226
85
11147
Virtual karabakh

Gülay Zeynalova: “Xəyanəti bağışlamaq olmaz” - VİDEO

3 İyn, 2020
16:24
11147

Gülay Zeynalova: “Xəyanəti bağışlamaq olmaz” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəyanəti bağışlamaq olmaz. Xəyanət təkcə qadın və kişi münasibətlərində olmur. Qadınla kişini birləşdirən istəkdir, sevgidir. Onların arasında xəyanət varsa, nə istək, nə də sevgi ola bilməz”.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynalova “MTV Azərbaycan” proqramında yayımlanan “Ulduzun vaxtı” verilişində qonaq olarkən deyib.

Sənətçi xəyanət mövzusuna belə münasibət bildirib:

“Misal üçün yanında bir işçin var. Ailən kimi ona da dəstək olursan. Əgər sabah sənə xəyanət edirsə, onu bağışlamaq olmaz. Əgər ailədə ana, bacı, qardaş sənə qarşı qeyri-adi addım atırsa, onu bağışlamaq olar. Amma qəlbin sınar. Ona etibarın, etimadın qalmaz”.

Proqramda ailəsindən danışan G.Zeynalovanın həyat yoldaşı, məşhur fitnes məşqçisi Kamil Zeynallının adını çəkməməsi tamaşaçıların diqqətindən yayınmayıb. İzləyicilərdən biri canlı efirə mesaj yazaraq, müğənnidən bu məsələyə aydınlıq gətirməsini istəyib.

Gülayın Kamillə bağlı verilən suala reaksiyası birmənalı olmayıb:

“Ailə dedikdə ağıla nə gəlir? Mən ifaçıyam. Mahnılar yazdırmaq üçün saatlarla studiyada oluram. Bəzən səhərə yaxın studiyadan gəlirəm. İstəyirəm ki, çəkdiyim əziyyətin müqabilində sənətimlə bağlı mənə dəyər, qiymət və sual versinlər. Şəxsi həyatımla gündəmə gəlmək istəmirəm. Anlayıram ki, Kamil məşhur insandır. Onun da işi var, tanınmış fitnes məşqçisidir. O da verilişlərə gedəndə deyirəm ki, işinlə bağlı suallara cavab verməyə çalış. Şəxsi həyatımda hər şey yaxşıdır. Yaxşı da olacaq”.

Qeyd edək ki, sosial mediada idmançı Kamil Zeynallı ilə Gülay Zeynalovanın boşandığı haqqında məlumatlar dolaşır. Lakin cütlük bu xəbərlərin yalan olduğunu bildirir. Onların Sahilə adlı qızı var.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri