İyn
2020
17:39
38
169
5086
Virtual karabakh

Rusiyanın məşhur şousu ARB TV-də - FOTO

3 İyn, 2020
17:39
5086

Rusiyanın məşhur şousu ARB TV-də - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB televiziyası reytinqləri alt-üst edən Rusiyanın “Milyonluq Sirr” verilişinin yayım hüquqlarını alıb.

Oxu.Az xəbər verir ki, bu barədə NTV kanalının rəsmi saytında məlumat yayılıb.

Yayılan xəbərə görə, sözügedən proqram payızdan yayımlanacaq.

ARB TV-nin icraçı direktoru Rəşad Məmmədov NTV-yə açıqlamasında verilişin uğur qazanacağını bildirib:

“Ümid edirik ki, son üç ildə kanalımızın əldə etdiyi populyarlığı veriliş daha da artıracaq. Əminik ki, proqram rusiyalı tamaşaçılar kimi, azərbaycanlılar tərəfindən də seviləcək”.

“Milyonluq sirr” məşhurların şəxsi həyatlarının ən gizli sirlərini bölüşərək,1.5 milyon rubl (37 200 AZN - red.) qazana biləcəyi şoudur.

Studiyanın qonaqları görkəmli sənətkarlar, musiqiçilər və siyasətçilərdir.

Proqramın rus versiyasının aparıcısı Lera Kudryavtsevadır.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri