İyn
2020
17:10
65
228
5565
Virtual karabakh

Azərbaycanlı müğənni: “Dəlil yoxdur ki, qadın həmkarlarıma xanımım məni qısqansın” - VİDEO

5 İyn, 2020
17:10
5565

Azərbaycanlı müğənni: “Dəlil yoxdur ki, qadın həmkarlarıma xanımım məni qısqansın” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ailəmdə qısqanclıq yoxdur. Elə bir dəlil də yoxdur ki, xanımım qadın həmkarlarıma məni qısqansın. Həyat yoldaşım ailə həyatı quranda bilirdi ki, müğənni ilə evlənir”.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Emil Bədəlov “MTV Azərbaycan” televiziyasında yayımlanan “Ulduzun vaxtı” musiqili-əyləncəli proqramda qonaq olarkən deyib. 

Restoran biznesi ilə məşğul olan sənətçi müflis olduğunu açıqlayıb. 

“Restoran biznesində tək deyildim. Bir şəxslə birgə restoran işlədirdik. Elə oldu ki, həmin şəxslə işlərimiz düz gəlmədi və ayrıldıq. Amma şəxsi restoranım heç zaman olmayıb”.

E.Bədəlov efirlərə ayaq açan meyxana tipli mahnılara qarşı çıxaraq, onları ifa edən müğənniləri zövqsüz adlandırıb:

“Meyxana tipli mahnılara qulaq asan kütlə mənə lazım deyil. Meyxana çox nüfuzlu bir sənətdir. O cur istedad hər adama verilməyib. Gərək şeiri, qəzəli yüksək dərəcədə qavrayasan ki, bədahətən meyxana deyəsən. Bu fitri bir istedaddır.

Meyxana tipli mahnı janrı ümumiyyətlə yoxdur. O janr son zamanlar sosial şəbəkələr vasitəsi ilə populyarlıq qazanıb. Bu mahnıların sevilməsində verilişlərin də böyük qəbahəti var. Meyxana tipli mahnılar oxuyan ifaçıları efirdə təbliğ etmək doğru deyil.

Savadlı, bu sənətin təhsilini alan, səsi və avazı gözəl o qədər müğənnilər var. Onlar qalıblar kənarda... Bu “loru” mahnılar babalarımızın zamanında da var idi. Amma bu qədər populyar olmayıb.

Mən oxumağa başlayanda sosial şəbəkələr yox idi. Sənətə gəlmək üçün çox əziyyətlərdən keçmişik. O kanaldan bu kanala, o radiodan bu radioya gedib, mahnılarımızı səsləndirmişik. Bizi efirlə tanıyıblar. Amma indiki müğənnilər sosial mediada mahnılarını paylaşıb, dillərə düşüb, tanınırlar.

Sənətə gələn günlər “ulduz, bir nömrə olmaq istəyirəm” deməmişəm. Hər zaman istəmişəm ki, kiçik dinləyici auditoriyam olsun, məni dinləsin”.

Qeyd edək ki, 16 ildən çoxdur ki, şou-biznesdə “Saqqız Emil” ləqəbi ilə tanınan müğənni E.Bədəlov məşhur tarzən Firuz Əliyevin qızı Xanım Bədəlova ilə evlidir. Cütlüyün iki qızı var. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri