İyn
2020
12:19
31
303
5425
Virtual karabakh

“Gucci” kəmərinə görə düşmənə çevrilən Şəbnəmlə Nigar barışıblar? - AÇIQLAMA + VİDEO

6 İyn, 2020
12:19
5425

“Gucci” kəmərinə görə düşmənə çevrilən Şəbnəmlə Nigar barışıblar? - AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Şəbnəm Tovuzlu ötən il qalmaqal yaşadığı, Azərbaycana “Avroviziya” sevinci yaşadan həmkarı Nigar Camal barədə söz-söhbətə və müzakirələrə səbəb olacaq açıqlamalar verib.

Oxu.Az xəbər verir ki, ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olan sənətçi verilişin yaradıcı heyəti tərəfindən hazırlanan və zərflərə yerləşdirilmiş suallara cavab verib.

“Hansı sənətçi ilə aranızda soyuq küləklər əsir?” sualına cavab olaraq, Şəbnəm sənət yoldaşı Nigarın adını çəkərək, fikirlərinə belə davam edib:

“Nigarla aramda sərin küləklər əsir. Bəzi anlaşılmazlıqlar olub. O da ciddi bir şey deyil. Nigar hərdən sözarası nəsə deyir. O da mənə təsir edir. Ola bilər ki, cavabım sərt olub. Onunla sözləşdikdən sonra heç danışmamışam. Amma üz-üzə gəlsək, anlaşarıq”.

Qeyd edək ki, ikilinin arasında yaranan qalmaqala səbəb Ş.Tovuzlunun belinə taxdığı “Gucci” kəməri olub. Müğənni kəməri tərs taxdığından nəinki izləyicilər, həmçinin müğənni Nigar Camal tərəfindən məsxərəyə qoyulub. N.Camal ”Gucci”yə yazığım gəldi” kəlməsi ilə qarşı tərəfi özündən çıxarıb. Onlar bir-biri barədə qalmaqallı fikirlər söyləyərək, savaşa çıxıblar.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri